Ukraynada tıxanan KREML: “Rus şovinizminin dirçəlməsinə imkan vermək olmaz”

media-hightechnic-468x90

“Rusiyanın Ukraynaya hücumunun belə nəticəyə gətirəcəyi bəlli idi. Putin nə qədər bunu təkzib etsə də, bunun yalan olduğu aydın görünürdü”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

media-14038130e98ffa88e36e36995e0aded4

Siyasi təhlilçi Rusiya siyasi elitasında SSRİ-nin bərpası ilə bağlı yayılan söhbətlər, habelə İosif Stalin kultuna qarşı pərəstişin yenidən yaranması haqqında fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Rusiyanın SSRİ-nin bərpası və bu kimi oyunları ilk növbədə öz daxili auditoriyasını, sonra da Ukrayna koalisiyasını yanıltmağa yönəlib:

“Məsələ ondadır ki, Rusiya Ukraynada çıxılmaz durumdadır. Ukraynanın bir hissəsini işğal etsə də, hərbi və siyasi cəhətdən bataqlığa batıb, getdikcə də bu uçurum dərinləşir. Bunları gizlətmək üçün sanki Rusiyanın güclü olduğu görüntüsü yaradılır. Şovinist rus xalqının Stalinizm sevgisi üzərindən onları mobilizə etmək istənilir ki, cəbhədə uğursuzluqların, itkilərin hesabı yaddan çıxsın”.

Analitik əlavə edib ki, Rusiyanın bu fikirlərinə səthi yanaşmaq olmaz:

“Nə qədər də bu, Rusiyanın özünü yanıltmaq istiqamətində addımı kimi qəbul edilməli olsa da, Moskva atacağı bu addımla bütün dünyanı od-alovun içinə ata bilər. Bu baxımdan, bütün sivil dünya Rusiyanın ayağa qalxmasına imkan verməməlidir. Rus şovinizminin dirçəlməsinə də imkan vermək olmaz. Bu, çox təhlükəli və dağıdıcı ideologiyadır. Hesab edirəm ki, Rusiya Ukrayna məsələsindən qalib çıxmamalıdır. Hətta müharibənin uzanması daha yaxşıdır ki, Rusiyanın enerjisi burada tükənsin. Əks halda, heç kim üçün yaxşı olmayacaq”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600