Ukraynada yenidən ara qarışdı-Video

media-hightechnic-468x90

89810Ukrayna paytaxtı Kiyevdə milis 15 gənci həbs edib.

Yenicag.az  xəbər verir ki, onlar Böyük Vətən müharibəsi muzeyinin yanında Ukrayna Kommunist Partiyasının tərəfdarları ilə dava salmağa çalışıblar.

Gənclərdən bəziləri üzü maskalı olub və onlar muzeyə daxil olmaq istəyiblər. Milis onların qarşısını qapıda kəsib, toqquşma baş verib. Bəzi gənclər həbs edilib, onlar isə müqavimət göstəriblər.

“Həbs aksiyası çox sərt oldu, iştirakçılardan birinin başını dağıtdılar, qan töküldü”, – deyə Ukrayna portalları yazır.

Kommunist Partiyasının tərəfdarları hazırda muzey kompleksinin yanında toplaşırlar. Onlar kommunist bayraqları və şüarları qaldırıblar. Sayları 800-ə yaxındır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600