Ukraynadan Krıma hərbi gəmi göndərildi
Bu gün Ukrayna hərbi gəmisi Odessa limanına yan alıb. “Axar.az” xəbər verir ki, Müdafiə Nazirliyi “Getman Saqaydaçnıy” gəmisinin Ukrayna bayrağı altında Odessa limanına daxil olduğunu bildirib.
“Bu gün gəmi Odessa limanına lövbər saldı. Gəmi limana böyük Ukrayna bayrağı ilə daxil olub və heyət Ukrayna xalqına sadiq qalacaq” deyə Nazirliyin açıqlamasında bildirilib. Qeyd edək ki, Ədən körfəzində anti-pirat əməliyyatları aparan gəmi Krımdakı hadisələr başlayandan sonra dərhal geri çağırılıb.