!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynadan taxıl İXRACI: ABŞ-nin “B” planı nədən ibarətdir? - AÇIQLAMA

!Reklam – Yazi

Birləşmiş Ştatların Ukraynadan taxıl ixracına yönəlik maneələri aradan qaldırmaq üçün alternativ plan hazırladığı bildirilir.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) inzibatçısı Samanta Pauerin açıqlamasında qeyd olunub.

Onun sözlərinə görə, ABŞ-nin sözügedən alternativ planı Rusiyanın Odessa limanını atəşə tutmasından sonra aktuallaşıb:

“B” planına taxılın avtomobil, dəmir yolu və çay nəqliyyatı vasitəsilə daşınması, barjların göndərilməsi, o cümlədən, dəmir yolları sisteminin ayarlanması daxildir.

İxrac prosesinin sürətli olması üçün Ukrayna dəmir yollarının Avropa dəmir yolları ilə uyğunlaşdırılması da bu planın tərkib hissəsidir.

Bu plan fövqəladə hallar üçün nəzərdə tutulub. Çünki Putinin dediyi hər sözə inanmaq mümkün deyil. Ancaq ümid edirik ki, əldə olunan taxıl anlaşması dəqiq icra ediləcək”.

www.yenicag.az

425
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv