Xəbər verdiyimiz kimi, Türkiyədə səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib.
Yenicag.az xəbər verir ki, hər iki nazir görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.
Nazirlər jurnalistlərin suallarını cavablandırdıqdan sonra mətbuat konfransının başa çatdığı elan olunub. Lavrov və Çavuşoğlu getmək istəyərkən yerdən ukraynalı jurnalist sualının olduğunu bildirib.
Çavuşoğlu Lavrova, “Ukraynalı jurnalistdir, cavab vermək istəyirsiniz?” – deyib. Lavrov jurnalistin sualını cavablandırmağa razı olub.
“Əlbəttə, biz Ukraynada deyilik, biz Türkiyədə, azad ölkədəyik”, – deyə Lavrov kinayə edib.
Ukraynalı jurnalistin Lavrova sualı da sərt olub:
“Taxıl məhsullarından başqa Rusiya Ukraynadan nə oğurlayıb?”
Həmin anların videosunu təqdim edirik:
www.yenicag.az