Ukrayna Dövlət Kəşfiyyat Xidmətinin rəhbərinin həyat yoldaşını zəhərləyiblər.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna mediası mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Ukrayna Baş Kəşfiyyat İdarəsinin (QUR) rəhbəri Kirill Budanovun həyat yoldaşı Marianna ağır metallarla zəhərlənib.
“Babel” kəşfiyyat mənbələrinə istinadən xəbər verir ki, qadın xəstəxanadadır.
“Bu maddələr heç bir şəkildə gündəlik həyatda və ya hərbi işlərdə istifadə edilmir. Onlar konkret bir şəxsi qəsdən zəhərləmək üçün istifadə oluna bilər”, – nəşrin həmsöhbəti bildirib.
Mənbənin sözlərinə görə, məlum olub ki, hazırda müalicə kursu tamamlanır. Bundan sonra Marianna Budanova həkimlərin nəzarəti altında olacaq.
O əlavə edib ki, Ukrayna kəşfiyyat rəhbərinin həyat yoldaşına sui-qəsd cəhdi ilə bağlı araşdırmalara başlayıb.
Bundan əvvəl Budanov bildirmişdi ki, Ukrayna ərazisində hərbi münaqişənin hüquqi müstəvidə başa çatması uzun müddət çəkə bilər. Onun sözlərinə görə, sazişlərin imzalanması prosesi onilliklərlə davam edə bilər.
Xuraman Etibarlı
www.yenicag.az