!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın əks-hücum PLANI: “Bu taktika 1917-ci ildə...” - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətinə və Krımın çıxışına hücum edəcək. Onların əks-hücum üçün seçdiyi bu istiqamət taktika və strategiya baxımından məqsədəuyğundur”.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın əks-hücum planından danışan KXDR Xalq Milislərinin (XM) baş leytenantı Aleksandr Matyuşin deyib.

O, bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin planlaşdırdığı zərbələrin yerini dəqiq olaraq müəyyənləşdirmək çox çətindir, çünki bu kimi məlumatları Ukrayna hərbçiləri məxfi saxlayır:

“Ukrayna Silahlı Qüvvələrinin planladıqları əsas zərbə nöqtələrinin yerini yalnız onların hücumu nəticəsində əldə olunan taktiki və strateji məlumatlar əsasında proqnozlaşdırmaq olar. Ukraynalıların başlanğıc nöqtəsi kimi Krıma girmək istədiklərini ehtimal etsək, Zaporojye istiqamətində hərəkət edəcəkləri müşahidə olunur. Sonra isə Melitopol çölləri boyunca hərəkəti görüləcək. Əsas zərbənin vurulduğu yerdən diqqəti yayındırmaq üçün Ukrayna Silahlı Qüvvələri yardımçı hücumlar həyata keçirəcək. Bu taktika yeni deyil. Birinci Dünya Müharibəsində mövqe döyüşü zamanı istifadə edilib. Möhkəmləndirilən müdafiə xəttini yarmaq üçün bir neçə yayındıran və son olaraq əsas zərbədən istifadə edilirdi. Düşmənlə mübarizədə bu taktikadan 1917-ci ildə Rusiya Ordusunun Ali Baş Komandanı Aleksey Brusilov məşhur “Brusilov sıçrayışı” zamanı istifadə edib”.

Nəsimi Ələsgərli

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv