“Ukrayna Zaporojye istiqamətində əks-hücumunun ikinci mərhələsinə başladı və bütöv bir ordu korpusunu döyüşə atdı”.
Yenicag.az xəbər verir ki, bunu Ukraynanın əks-hücum əməliyyatlarının başlanmasının ikinci mərhələsini şərh edən hərbi ekspert, Hərbi və Siyasi Münaqişələrin Öyrənilməsi Mərkəzinin rəhbəri Andrey Klintseviç deyib.
O, bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin qarşısına qoyduğu məqsəd eyni olaraq qalır, yəni Azov dənizinə çatmaq və Krıma quru dəhlizinin qarşısını almaq:
“Rusiya düşmənin planını həyata keçirməsinə imkan verməyəcək. İyulun 26-da Ukraynanın Rabotino istiqamətində həyata keçirdiyi genişmiqyaslı hücumda Qərb texnikasının ən azı dörddə biri məhv edildi. Düşmənin zirehli texnikası hələ minalanmış ərazilərə çatmamış atəşə tutulub. 110 tank və zirehli texnika ilə hücuma keçən Ukraynanın 15-dən çox tankı sıradan çıxarılıb. Rusiya təyyarələri Orexovski və Qulyaipolski rayonlarına planlı zərbələr endirərək, əlavə qüvvələrin yolunu kəsiblər.
Hazırda Kiyev rejiminin əsas vəzifəsi Qərbə döyüşə biləcəyini göstərməkdir. NATO ölkələrindən gələn ağır texnika və silahlarla kifayət qədər təchiz olunublar. Ukrayna əsas əks-hücuma hazırlaşan hissələrin ən azı 50%-ni saxlayıb.
Ukraynanın payıza qədər məqsədi Azov dənizinə getmək və Krıma gedən quru dəhlizini bağlamaqdır. Bunu yerinə yetirmək isə çox çətin, bir o qədər də qeyri-mümkün məsələdir. Çünki rus ordusu Svatovo-Kremennoyedə onlara təzyiq göstərməyə başlayıb.
Qərbin hərbi-sənaye kompleksi irimiqyaslı müharibə çərçivəsində qarşıdurmaya hazır deyil. Rusiya isə tam əksinə, öz imkanlarını işə salaraq bir sıra uğurlara imza atır”.
Nəsimi Ələsgərli
www.yenicag.az