Ukraynaya “Patriot” sistemləri GÖNDƏRİLƏCƏK

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp bu gün Ukraynaya silah göndərilməsi ilə bağlı yeni planını ictimaiyyətə təqdim edəcək. ABŞ mediasının məlumatına görə, Tramp bəyan edib ki, Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri göndəriləcək.

Yenicag.az xəbər verir ki, Vaşinqtondakı Endryus Birgə Hərbi Hava Bazasının qarşısında jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, Ukrayna artıq üç ildən çoxdur ki, Rusiya ilə müharibə vəziyyətindədir və bu səbəbdən hava hücumlarına qarşı müdafiə imkanlarının artırılması zərurətə çevrilib:

“Biz onlara çox ehtiyac duyulan “Patriot” sistemlərini göndərəcəyik. Putin bəzən çox gözəl danışır, amma gecə düşəndə hamını bombalayır. Bu isə, açığı, mənim xoşuma gəlmir”, – deyə ABŞ Prezidenti qeyd edib.

Tramp yardım çərçivəsində göndəriləcək raketlərin sayı barədə dəqiq məlumat verməsə də, bu hərbi yardımın əsas maliyyə yükünün ABŞ deyil, Avropa İttifaqı tərəfindən qarşılanacağını bildirib. Prezident vurğulayıb ki, ABŞ Ukraynaya göndərilən texnikaya görə 100 faiz ödəniş tələb edir və bu məsuliyyəti Avropa ölkələri daşımalıdır.

Trampın bu təşəbbüsünün NATO-nun yeni baş katibi Mark Rutte ilə keçiriləcək görüşdə də əsas müzakirə mövzularından biri olacağı gözlənilir. Plana əsasən, ABŞ istehsalı olan silahlar Avropanın maliyyə dəstəyi ilə Ukraynaya göndəriləcək.

Mövzu ilə bağlı açıqlama verən Respublikaçı senator Lindsi Qraham isə “Axios” portalına bildirib ki, Prezident Tramp Rusiya lideri Vladimir Putinə qarşı ciddi qəzəb hissi keçirir və 14 iyulda verəcəyi açıqlama “çox aqressiv” olacaq.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600