Türkiyənin iqtisadi nəhənglərindən olan “Ülker” şirkətinin aprelin 1-də yayımladığı 1 aprel reklam çarxındakı “zəhərləmə, sui-qəsd, edam” kimi şüuraltı mesajları diqqəti cəlb edir.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “Ülker” şirkətinin martın 29-da yayımladığı həmin “Kiçik qardaş olmaq” adlı 1 aprel reklam çarxı kəskin müqavimət doğurub.
Sözügedən reklamdakı çevriliş və sui-qəsd mesajlarına yönələn sərt reaksiyalardan sonra şirkət çarxı öz sosial şəbəkə hesabından yığışdırmalı olub.
Məlumata görə, “Aprelin 1-də kiçik qardaşların abilərinə, ablalarına sürprizləri var!” mesajı ilə yayımlanan, “Aprelin 1-i yaxınlaşır, bəzi şeylər olur” sözləri ilə başlayan çarxla bağlı açıqlama vermək məcburiyyətində qalan “Yıldız Holding” bununla bağlı araşdırma heyəti yaradıldığını, həmin çarxı çəkən agentliklə əməkdaşlığı dayandırdığını bəyan edib.
Filmdəki şüuraltı mesajlar
Sosial şəbəkə istifadəçiləri “Ülker”in o reklamında şüuraltı mesajlar olduğunu bildirirlər. Həmin mesajlara diqqət edin:
Reklamdakı “abilər və ablalar” mesajı FETÖ terror şəbəkəsindəki məlum sistemi xatırlatdı. “Abilər və ablalar” vurğusu ilə edilən paylaşım FETÖ mesajı kimi qiymətləndirilib. “Ülker”in reklamında yer alan “Aprelin 1-i gəlir, bəzi şeylər olur” sözlərinin isə məlum təxliyyələrə işarə olduğu qeyd edilir.
Haqqında danışılan reklamla bağlı diqqəti ən çox cəlb edən isə aşağıdakı fotoşəkildir. Reklamda göstərilən obrazın prezident Ərdoğana xas əl-qol hərəkətləri etməsi, evdə baş verən partlayışla birlikdə qopan və AKP-nin gerbindəkinə bənzəyən lampa şəkillərinin təsadüfi olmadığı düşünülür.
Reklam çarxının bir hissəsi də “sui-qəsd imitasiyası”na həsr olunub. O təsvirlərdə ip, həbsxana barmaqlığına bənzəyən qəfəs və qorxu doğlu baxışlarla gözləyən obrazın ayaqları arasında görünən paz əks olunub.
Xatırladılır ki, məhbəsdən buraxıldıqdan sonra martın 31-də yenidən həbs olunan Gökçe Fırat Çulhaoğlu sosial şəbəkədə paylaşdığı videoda prezident Ərdoğanı asmaq və “paza oturtmaq”la təhdid etmişdi.
Filmdə yer alan başqa bir mesaj isə “zəhərləmək” kimi dəyərləndirilir. Çarxda əlində tort olan obraz şirniyyatın üzərindəki qıpqırmızı rəng və acı bibər məhz “zəhərləmək” mesajı hesab olunur.
Zəhərləmə imitasiyasından sonra isə həmin obraz ağzını açaraq, dilini məzar şəklində göstərir. “Aprelin 1-i gəlir, bəzi şeylər olacaq” sözləri ilə başlayan film “Aprelin 1-i gəlir, hesablaşma zamanı yaxınlaşır” və “ Sənə sürprizlərim olacaq” mesajları ilə yekunlaşır.
Göründüyü kimi, 15 iyul çevriliş cəhdindən sonra Türkiyədə həyatın bütün sahələrinə sızmış FETÖ terror şəbəkəsinə qarşı həyata keçirilən genişmiqyaslı tədbirlər Fətullah Gülənin “ordusu”ni darmadağın edib. Ölkədə fəaliyyət və təxribat meydanı tam lokallaşdırılan FETÖ ictimai gərginlik yaratmaq və öz tərəfdarlarını ümidləndirmək məqsədi ilə fərqli taktikaya əl atmaqdadır.
“Ülker”in bəhs edilən reklam çarxı da bu niyyətin son nümunəsi hesab oluna bilər.
Xatırladaq ki, “Ülker”dən əvvəl dünya miqyaslı “McDonalds” şəbəkəsi də FETÖ-nun “əlinə oynayan” belə bir reklam mesajı yayımlamışdı: “Az qaldı, həsrət bitir. Kimin kimi yeyəcəyi ilə maraqlanmayacaq deyilik”.
“McDonalds”ın açdığı “FETÖ mesajları” cığırına “Ülker”in də çıxması Gülənin aprelin 16-da keçiriləcək Konstitusiya referendumu ərəfəsində öz tərəfdarlarına kodlu tapşırıqları hesab oluna bilər. Lakin bu mesajların “şifrə”sinin çözülməsi FETÖ liderinin yenə də boş əllərinin göyə uzanması nəticələnəcək”.
Yeniçağ.Az
www.yenicag.az