Sabiq televiziya prezidentindən komitə sədrinə SƏRT İTTİHAMLAR – “Ramiz əmi ilə kinoteatrları dağıdan, satan…”

media-hightechnic-468x90

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlunun kino sahəsinə vəsaitin ayrılmaması ilə bağlı açıqlaması özünü hədəfə gətirib. Belə ki, ayrı-ayrı mədəniyyət xadimləri nədənsə kinoya pul ayrılmasından daha çox Bülbüloğlunun keçmiş nazir kimi fəaliyyətini xatırlatmağa üstünlük verirlər.

Tanınmış mədəniyyət xadimi, “Space” telekanalının sabiq prezidenti Kamil Şahverdi Polad Bülbüloğlunu tənqid edənlərdəndir.

Sabiq prezident keçmiş mədəniyyət naziri haqqında çox sərt ifadələrdən istifadə edib: “Çox düşündüm, baş sındırdım ki, görəsən, onu danışdıran nədir? 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində kinonu (təkcə kinonu deyil) dağıdan, Ramiz əmi ilə (Ramiz Mehdiyev) respublikanın bütün kinoteatrlarını (o dövrdə Azərbaycanda yüzlərlə kinoteatr var idi) satan, kino obyektlərini dağıdan, kinostudiyanın hektarlarla ərazisini restoranlara, tikinti şirkətlərinə “hədiyyə edən”, Şıxovda keçmiş SSRİ-də dəniz çəkilişləri aparmaq üçün dəniz səviyyəsi ilə eyni olan yeganə çəkiliş hovuzunu basıb yeyən, hər rayonda, hər kənddə olan klubları, kitabxanaları rahatca həzm edib üstündən su içən, hələ üstəlik Azərbaycanda mövcud olan 5000-dən artıq kino nümayişi avadanlığını (“sehirli” çubuğu ilə) nazirliyin balansından sildirən, Kinoprokat kimi böyük bir strukturu ləğv edən (kinoprokatın müdirini işdən çıxara bilmədi deyə idarəni ləğv etdi), əmlakını isə “spisat” edən birinə görəsən nə düşüb, kinoya pul ayrılmasının vacibliyindən danışır? Nəhayət ki, gecənin bu saatında başa düşdüm. Yadıma düşdü ki, bir neçə gün bundan qabaq işbaz, dələduz, oğru Şvıdkoy Azərbaycanla mədəni əlaqələrin yenidən qurulmasının mümkünlüyündən danışırdı. Ramiz əmi vurulandan sonra qeybə çəkilənlərə bir mesaj idi deyəsən… Bunlar da yavaş-yavaş baş qaldırmağa başlayıblar. Yəqin Moskvadan göstəriş gəlib”.

Kamil Şahverdinin iddiasına görə, Polad Bülbüloğlunu danışdıran “başqa səbəb isə odur ki, gələn il millətimizi aşağılayan “Qorxma, mən səninləyəm” filminin 3-cü hissəsini çəkmək xəyallarından keçir.” Yenə bizim pulumuza bizi aşağılamaq istəyirlər. “İnanın ki, bunları milli mədəniyyətimiz, incəsənətimiz, kinomuz, teatrımız, ədəbiyyatımız, musiqimiz, rəngkarlığımız qətiyyən düşündürmür. Yalnız və yalnız şəxsi maraq və Moskvadan gələn tapşırıq olanda səsləri çıxır. Yoxsa bunun bu ahıl yaşında nə vecinədir ki, gələn il kinoya pul ayıracaqlar, ya yox”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Kamil Şahverdi unudulmaz sənətkar Rəşid Behbudovun kürəkənidir.

Yenicag.az

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa