Ekspert nazirin fikirləri ilə RAZILAŞMIR: "35 nəfərlik siniflər keyfiyyəti ÖLDÜRÜR!"

media-hightechnic-468x90

“Yanlış olan bir sinifdə 18-dən yuxarı şagirdin təhsil almasıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında təhsil eksperti İlkin Məmmədkərimov bildirib.

media-42996
Screenshot

Ekspert Elm və Təhsil Naziri Emin Əmrullayevin az şagirdin təhsil aldığı siniflərdə təhsilin keyfiyyətli keçirilməsinin mümkün olmadığına dair açıqlamasına şərh bildirərək etiraz edib:

“Elm və Təhsil Nazirinin fikri ilə razı deyiləm. Ona görə ki, az şagird sayı olan sinifdə təhsilin keyfiyyəti daha yüksək olur, nəinki 30-35 nəfərdən ibarət sinifdə. Bu, birinci məsələdir. Digər tərəfdən isə həmin fikirdə həqiqət payı ondan ibarətdir ki, bir-iki nəfərdən ibarət uşaq olan sinifin saxlanılması düzgün deyil. Həmin sinifdəki uşaqlar həmin ərazidə yerləşən digər məktəblərə keçirilməlidir. Bu, daha məqsədəuyğundur. Bir sinifdə 18 nəfərdən artıq uşaq olmamalıdır. Çünki 18 nəfərdən yuxarı olduqda təhsilin keyfiyyəti bir o qədər aşağı düşür. İstər uşaqların dərsdə keçirilənləri mənimsəmə qabiliyyəti olsun, eyni zamanda yerləşdirilməsi olsun, bunlar uşaq çox olanda problem yaradır.”

Təhsil eksperti qeyd edib ki, E. Əmrullayevin dediyi hal baş verərsə, o şagirdlər başqa məktəblərə köçürülməlidir:

“Belə olan halda o sinifdə təhsilin keyfiyyətindən söhbət belə gedə bilməz. Əslində standartlara görə belədir: Bir sinifdə 18 nəfərdən yuxarı şagird olmamalıdır.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa