Qida təhlükəsizliyi ekspertindən XƏBƏRDARLIQ: Açıq satılan məhsulu alarkən bu məlumatları TƏLƏB EDİN!

media-hightechnic-468x90

“Belə məhsulları almaq hər zaman risk daşıyır”.

Bunu Yenicag.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

media-whatsapp-image-2025-11-13-at-13-58-59-1

O, açıq şəkildə satılan qida məhsullarını alarkən diqqət etməli olduğumuz məqamlardan danışıb.

Ekspert bildirib ki, məhsul açıq şəkildə olsa belə, onun yanında mütləq etiket məlumatları olmalıdır.

“Açıq şəkildə çəki ilə satılan məhsulların alışı zamanı istehlakçıya mütləq şəkildə məhsulun istehsal tarixi, son istifadə tarixi, saxlanılma temperaturu, istehsalçı şirkət haqqında ətraflı məlumat təqdim olunmalıdır. Bu məlumatları tələb etmək istehlakçının hüququdur. Bundan başqa, açıq şəkildə saxlanılan məhsulun saxlanıldığı yerin təmizliyi, temperaturu və satıcıların məhsula əl ilə toxunması da məhsulun keyfiyyətini aşağı salan səbəblərdəndir”, – deyə o qeyd edib.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa