Qəzzada epidemiya riski yüksək səviyyədədir

media-hightechnic-468x90

Qəzza sektorunda ekoloji vəziyyət fəlakətli məcraya yönəlir, epidemiyalar riski yüksəkdir.

Yenicag.az “Al Jazeera”yə istinadən xəbər verir ki, bu barədə Xan-Yunis şəhərinin (anklavın cənubunda yerləşir) bələdiyyə rəhbəri məlumat paylaşıb.

“Biz əsl fəlakətlə üz-üzəyik, bu isə xəstəliklərin və epidemiyaların yayılmasına səbəb olacaq”, – deyə kanalın həmsöhbəti vurğulayıb. Onun sözlərinə görə, hərbi əməliyyatlar nəticəsində sektorda dağıntıların miqyası nəhəngdir, bu isə tullantıların və zibillərin toplanma yerlərinə çıxışı çətinləşdirir və onların vaxtında daşınmasını mümkünsüz edir. Vəziyyəti daha da ağırlaşdıran amil odur ki, bombardmanlar nəticəsində sektorun bitki örtüyünün 90%-i məhv edilib.

7 noyabrda BMT-nin İnkişaf Proqramının Qəzza şöbəsinin rəhbəri Alessandro Mrakiç “Reuters” agentliyinə verdiyi şərhdə bildirib ki, anklav tonlarla tullantı ilə örtülüb, antisanitar şərait yerli əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa