“Ümumavropa ordusunun yaradılması bütün dünyaya göstərəcək ki, …”

media-hightechnic-468x90

c521c3eae96756fe6401bc9196157d55“Ordunun yaradılması Rusiyaya göstərəcək ki, biz Avropa İttifaqının dəyərlərinin qorunmasına ciddi yanaşırıq”

Avropa Komissiyasının sədri Jan-Klod Yunker ümumavropa ordusunun yaradılmasına çağırıb.

Belə bir təkliflə avropalı diplomat “Welt am Sonntag” qəzetinə müsahibəsi zamanı çıxış edib.

Yunker qeyd edib ki, ümumavropa ordusunun yaradılması ilə Avropa həm Avropa İttifaqına üzv olan, həm də qonşu dövlətlərdə sülhə təhdidin yaranmasının qarşısını ala bilər.

“Ümumavropa ordusunu ani olaraq yaratmaq mümkün deyil. Lakin bu ordu Rusiyaya göstərəcək ki, biz Avropa İttifaqının dəyərlərinin qorunmasına ciddi yanaşırıq. Bununla yanaşı, ümumavropa ordusunun yaradılması bütün dünyaya göstərəcək ki, Avropa ölkələri arasında heç zaman müharibə olmayacaq. NATO ilə rəqabətdən söz gedə bilməz. Sadəcə Avropa dünyada baş verənlərə görə, çiyinlərinə daha çox məsuliyyət götürməlidir. Son zamanlar Avropa nüfuzunu itirib. Hətta xarici siyasətdə bizi ciddi qəbul edən azdır”, – deyə Lüksemburqun keçmiş baş naziri qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600