!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ümumtəhsil müəssisəsində uşaqlarda müxtəlif patologiyalar aşkarlandı

!Reklam – Yazi

Endokrinoloji xidmətə əlçatanlığın təmin edilməsi məqsədi ilə Respublika Endokrinoloji Mərkəzin tibbi heyətinin rayon mərkəzi xəstəxanalarına (Salyan RMX, Neftçala RMX, Kürdəmir RMX, Yevlax RMX, Qusar RMX, Siyəzən RMX, Ağdam, Ağcabədi RMX) xidməti ezamiyyəsi icra edilib.

Yenicag.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, ümumilikdə 50 xəstəyə (20 uşaq olmaqla) konsultativ-diaqnostik və müalicəvi yardımlar göstərilib. Endokrinopatiyaların erkən aşkarlanması məqsədi ilə skrininq müayinələr təşkil olunub:

“7 ümumtəhsil müəssisəsində 182 uşaqda müxtəlif patologiyalar aşkarlanıb və sonrakı müayinə və müalicələrə cəlb ediliblər. Uronefroloji, dəri-zöhrəvi, nevroloji xidmətlərin ölkə üzrə təkmilləşdirilməsi ilə əlaqəli fəaliyyət planları hazırlanıb”.

O qeyd edib ki, Tibbi Şuralar haqqında Əsasnamə hazırlanıb və bütün tibb müəssisələrində Tibbi Şuralar yaradılıb.

COP29

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv