!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Un məmulatları müəssisəsində yararsız məhsullar aşkarlandı

!Reklam – Yazi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi 91 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mamedov Nugzariyə məxsus “İstanbul” un məmulatları müəssisəsində plandankənar yoxlama keçirib.

Bu barədə Yenicag.az-a AQTA-dan məlumat verilib.

Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, həmçinin istehsal sahəsində xammal məhsullarının markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi və istifadə müddəti bitmiş məhsullar aşkarlanıb.

Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

COP29

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv