!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

UNEC-də “Bilik Günü” keçirilib-Fotolar

!Reklam – Yazi

unnamedSentyabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Bilik Günü” münasibəti ilə tədbir keçirilib.

Tədbirdə unversitet rəhbərliyi yeni dərs ilinin başlanması münasibəti ilə tələbə və professor-müəllim heyətini təbrik edib. Onlara dərslərində müvəffəqiyyətlər arzulayıb. Bütün fakültələrdə keçirilən tədbirdə tələbələrə UNEC-də görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, yeni dərs ilindən UNEC-də elektron universitet modelinin tətbiqinə başlanılıb.

Yeni tədris ilində UNEC-ə 3200-dən artıq tələbə qəbul olunub ki, onların 103 nəfəri 600-dən yuxarı bal toplayıb. Ötən il 600-dən çox bal toplayan tələbələrin sayı 93 nəfər olub.

Ən yüksək bal (680) toplayan tələbə, prezident təqaüdçüsü Jalə Rəhimova Maliyyə fakültəsinə qəbul olunub. Ümumilkdə, yüksək bal toplayan tələbələrin 51 nəfəri UNEC-də yeni yaradılan Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil alacaq. 32 tələbə isə Maliyyə fakültəsini seçib.

Tədbirin sonunda tələbələrə tələbə biletləri təqdim edilib.

www.yenicag.az

965
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv