Universitetlər Bakıdan köçürülüəcək? - Nazir AÇIQLADI

media-hightechnic-468x90

“Bu məsələ konseptual səviyyədə müzakirə olunur. Hələ bunun təhlilləri aparılır. Bu sizə asan məsələ gəlməsin. Aidiyyəti qurumlarla bu istiqamətdə işləyirik”.

Yenicag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin Bakıdan köçürülə biləcəyi ilə bağlı suala cavabında deyib.

“Bakının mərkəzində yerləşən universitetlər təxminən 15-20 min tələbə və onların da müəllimlərinə üzərinə əlavə edək. Bu elə də asan məsələ deyil. Eyni zamanda bunu istisna etmirik. Düşünürük ki, bu təhsilin özü üçün yaxşıdır. Təhsil nə qədər sakit mühitdə olsa, daha yaxşıdır. Deyilən məsələ layihə və ilkin təkliflər hazırlamaq formatında nəzərdə tutulub”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600