Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ürək üçün lazımlı vitaminlər - Nə qəbul etməli?

Orqanizmin ayrı-ayrı orqanlarına normal işləmək üçün vitamin və minerallar lazımdır.

İnsan bütün vitamin və mineralları qida ilə almalıdır. Amma indiki zamanda bu mümkün olmadığı üçün məcbur olaraq hazır süni vitamin preparatları almalıyıq.

Yenicag.az Medicina.az-a istinadla ürək üçün lazımlı vitamin – mineralları təqdim edir.

– Kalsium – qanın laxtalanması, sinir impulslarının ürək əzələsinə ötürülməsi, hüceyrələrin yığılıb açılması üçün lazımdır.

– Kaliy – ürəyin işləməsi üçün vacibdir. kaliy bədən yuyulub gedəndə ürək dayanır. Ürəyin döyünməsi üçün benzini belə deyək, kaliydir.

– Maqniy – hüceyrədaxili biokimyəvi prosesləri tənzimləyir. Aritmiyanın yaranmasına mane olur. Nəbzi təmin edir.
– Fosfor – ürək əzələsi üçün tikinti materialıdır. Əzələ yığılmasını tənzimləyir.

Vitaminlərdən ürəyə vacib olanlar:

– A vitamini – damar tutulmasına qarşıdır
– C – miokardı möhkəmləndirir
– E – sərbəst radikalları çıxarır
– B qrupu – ürək əzələsinin işini normallaşdırır
– F – xolesterin topalarının əmələ gəlməsinə qarşıdır

Nə zaman ürək üçün vitaminlər qəbul etməli?

Əslində, həmişə, ilboyu.
Amma ürək nevrozu, aritmiyası, taxikardiyası olanlar, ürək əzələsi zəifləyənlər, qan laxtalandıqda, müxtəlif spazmlar, qıcolmalar, ürək döyüntüsü, sıxılma və s. hallarında, təngnəfəslikdə deməli ürəyə dəstək lazımdır. Vitamin terapiyani ya endokrinoloq, ya da kardioloq təyin etməlidir.

50 yaş yuxarı insanlar, hamilələr, uşaqlar, xroniki ürək xəstələri, pis qidalanan və zərərli işdə çalışanlar daim ürək üçün qidalandırıcı vitamin kursu qəbul etməlidir.

Loading...

www.yenicag.az

182
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100