!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşağın nitqinin, zəkasının inkişafı üçün … – Psixoloqdan çıxış yolları

!Reklam – Yazi

 Uşaqlar gələcəyimizin zəmanətidir. Onların sağlam böyüməsi hər bir valideynin arzusudur. Bəs hər kəs sağlam övlada sahibdirmi?

Pozitiv Pxsixologiya Mərkəzinin rəhbəri, psixoloq Fidan Məmmədzadənin sözlərinə görə, bu gün uşaqların inkişafında çox ciddi problemlər var. Və bu problemi elə valideynlərin özləri yaradır:

“ Bu gün uşaqların inkişafında əhəmiyyət verməli olduğumuz bir çox ən önəmli məqamlardan biri televizor-telefon kontaktıdır. Bəzən düşünürük ki, biz rahatlıqla ev işlərini görək deyə, uşaqlar ancaq bu yolla sakit dayana bilərlər. Bu səbəbdən də kiçik yaşlarından onları televizor qarşısında oturdur, ya da əllərinə telefon veririk. Bu da onların inkişafına mənfi təsir göstərir. Müəyyən ləngiməsi olan uşaqlar üçünsə bu cür hallar daha ciddi fəsadlara aparıb çıxarır.

Ümumiyyətlə, 0-3 yaş aralığında olan uşaqlara telefon-televizor kontaktı qadağan olunmalıdır. Əgər valideyn uşağının nitqinin, zəkasının yaşına uyğun olaraq irəliləməsini istəyiriksə, o zaman övladlarımızı mümkün qədər sözügedən cihazlardan uzaq tutmalıyıq. Uşaq daha çox valideyni ilə təmas qurmalı, kontaktda olmalı, oyunlar oynamalı, onların inkişafına çalışmalıyıq.

3-6 yaş aralığında olan uşaqlar gün ərzində ancaq yarım saat televizor-telefon kontaktı qura bilərlər. Sözsüz ki, bunun da mənfi təsirləri olacaq. İnkişafı geri olan uşaqlar həyatda gördüklərini deyil, telefondan seyr etdiklərini təqlid etməyə başlayırlar. Onların dilindən danışır, onların elədiklərini təkrarlayırlar. Amma uşaqlar bizi izləməlidirlər. Öz duyğularını ekrandan gördükləri qəhrəmanların dili ilə deyil, anasından öyrəndiyi dil ilə bildirməlidirlər. Uşaq valideyninə müraciət etməli, maraqlandığı hər şeyi ondan soruşmalıdır. Canlı ünsiyyət ən gözəl inkişaf və terapiyadır. Bunu unutmayaq.

COP29

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv