Uşaq attraksiondan yıxıldı – Bakı Bulvarında

media-hightechnic-468x90

20150707_5ajufN4YEWvXBakı Bulvarında faciəvi hadisə baş verib. Azyaşlı uşaq təhlükəsizlik tələblərinə əməl edilmədiyi üçün karuseldən yıxılıb.

Hadisə şahidlərinin musavat.com-a verdiyi məlumata görə, attraksiondan yıxılan uşaq xəstəxanaya çatdırılıb. Baş nahiyyəsindən xəsarət alan uşağın vəziyyəti yaxşıdır.

Anası ilə Dənizkənarı Milli Parka gələn 2001-ci il təvəllüdlü Məmmədəli Quliyev karuseldə olarkən bir neçə metr yüksəklikdən yerə düşüb. Uşağın yıxılmasının səbəbi kimi təhlükəsizlik kəmərinin bağlanmaması göstərilir.

Uşağın anası Firuzə Şahməmmədova attraksionda çalışanların məsuliyyətsizliyə yol verdiklərini və buna görə də polisə müraciət edəcəyini bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600