Uşaqları cinayətə kim itələyir? – “Uşaq cinayətlərinin baş səbəbkarı VALİDEYNLƏRDİR”

media-hightechnic-468x90

“Uşaq cinayətlərinin baş səbəbkarı onların valideynləridir”

media-banner_tuq

Bu iddianı Yenicag.az-a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib.

Sosioloq dünyada artan uşaq cinayətlərinin kökündə duran səbəbləri və bu problemlərin həll yollarını geniş izah edib:

“Son dövrlərdə dünyanın müxtəlif elmi mərkəzləri tərəfindən faktiki olaraq sübuta yetirilib ki, insanların, xüsusilə də uşaqların psixologiyasına kütləvi informasiya vasitələrində yayılan materiallar, filmlər, seriallar, multfilmlər və kompüter oyunları sarsıdıcı təsir göstərir. Təəssüf ki, bütün bunlara baxmayaraq, həmin materiallar qadağan olunmur. İnsan sağlamlığına ciddi zərbə vuran bu kontentlər mütləq qadağan edilməlidir. Bu, ilk fakt deyil, belə yüzlərlə hadisə var. Hətta cinayət törədən bəzi uşaqlar özləri də haradan təsirə məruz qaldıqlarını etiraf edirlər. Təkcə terror hadisələri deyil, intiharlarda da bu amillər böyük rol oynayır.

İndiki nəsil uşaqların davranışlarına və həyata baxışlarına nəzər saldıqda görürük ki, bu, bizim tərbiyə sistemimiz deyil; onlar qlobal təbliğat sisteminin yetişdirdiyi ‘əsərlərdir’. Onların şüuru, psixologiyası və davranışları məhz belə materiallarla formalaşdırılır. Çox təəssüf ki, bizdə də valideynlər uşaqlarını tamamilə taleyin ümidinə buraxıblar. Hər azyaşlının əlində bir smartfon, nəzarətsiz halda bu qorxunc virtual məkanda istədiklərini edirlər və ciddi təsirə məruz qalırlar. Bu, bir xalqın strateji məsələsidir, cəmiyyətin gələcəyini təmin edən amildir. Biz bunu indidən nəzarətsiz buraxsaq, nəticələr daha ağır və faciəvi olacaq. Əmin olun ki, indi baş verənlər gələcəkdəki dəhşətlərin yanında hələ ‘toya getməlidir'”.

Sosioloq qeyd edib ki, təkcə filmlərdə deyil, müasir multfilmlərdə də artıq aqressiya təbliğ olunmağa başlayıb:

“Məsələ təkcə filmlər deyil, multfilmlərdə də aqressiya təbliği gedir. Kompüter oyunlarında uşaqlar bütün günü ‘baş kəsir’, insan öldürürlər və bu əməllərə real həyatda da adi baxırlar”.

E. Bayramlı uşaqların psixologiyasının yanlış yönləndirilməsində birbaşa valideynləri günahlandırıb:

“Burada valideynlərin də böyük günahı var. Onlar övladlarına belə seriallara rahatca baxmağa icazə verirlər. Valideynlər anlamalıdır ki, bu, artıq çox ciddi məsələdir. Bu sahədə mütləq şəkildə nəzarət və tənzimləmə olmalıdır”.

Sosioloq problemin həlli yollarını belə sadalayıb:

“Uzun illərdir təklif edirəm ki, bu məsələ dövlət səviyyəsində tətbiq edilməlidir. Ölkəyə daxil olan bütün kompüter oyunları nəzarətdən keçirilməli, çoxu qadağan olunmalıdır. TV-lərdəki multfilmlər və filmlər ciddi şəkildə nəzərdən keçirilməlidir. Zərərli filmlər texniki üsullarla ölkə ərazisində bloklanmalıdır; bir çox ölkələr artıq bunu tətbiq edir. Əlavə olaraq, ən azı 16 yaşına qədər məktəblilərə smartfon telefon verilməsi və onların sosial şəbəkələrə girişi tam qadağan edilməlidir. Bunlar tətbiq edilməsə, cinayət hadisələri daha da çoxalacaq və dəhşətli xarakter alacaq.

Artıq bir çox ölkələrdə buna qarşı mübarizə başlayıb. Bizdə də gec də olsa, bu məsələnin üstünə düşülməlidir. Şəxsən mən bunu cəmiyyətdən gözləmirəm, çünki bizim valideynlərin bu məsələni dərindən düşünəcək şüuru yoxdur. Bunu onlara deyəndə ‘heç nə olmaz’ deyib keçirlər. Ona görə də ümid yalnız dövlətə qalır. Dövlət inzibati üsullarla bunun qarşısını almalıdır. Ümid valideynlərə qalmamalıdır, çünki cəmiyyətdə baş verən belə hadisələrin əsas günahkarı məhz onlardır. Yeniyetmələrlə bağlı cinayətlərin yeganə səbəbi valideynləridir. Onlar övladlarının psixologiyasına zərbə vuraraq onları məhv edirlər. Dövlət isə gələcək nəsli belə valideynlərdən qorumalıdır”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05