Üsyançı diplomata sərt ittiham

media-hightechnic-468x90

U8Ym45KlC5Jz“İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədovun bu hərəkətləri heç də özfəaliyyətin nəticəsi deyil, böyük qüvvələr tərəfindən idarə olunan bir xəttdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev A. Məmmədovun həmin hərəkətinə münasibət bildirərkən söylədi: “Bu gün ölkəmizə qarşı neqativ fəaliyyətdə bulunan bəzi Qərb dairələri bütün vasitələrdən istifadə etməklə çalışırlar ki, Azərbaycan dövləti və hakimiyyətinin imicini korlayan məlumatlar ötürsün, dövriyyəyə dezinformasiyalar buraxsınlar. Burada bir çox bağlılıqlar var. Hazırda Qərb və onun əlaltısı olan bəzi Avropa təşkilatları Azərbaycana qarşı lokal deyil, geniş spektordan hücuma keçib. Burada üçlü bağlılıq görürəm. Azərbaycanın özünü diplomat adlandıran Arif Məmmədov simasında olan səfirin açıqlaması, digər bir tərəfdən həmin beynəlxalq təşkilatlara müəyyən tapşırıqlar verilir. Bir başqa tərəfdən, Almaniyada birbaşa nurçularla əlaqəli olan Doğan qrupuna Azərbaycan hakimiyyətinin vurulması ilə bağlı tapşırıq gəlir. Bunlar hamısı bir-biri ilə bağlı olan məsələlərdir. Səfir Arif Məmmədovun sərgilədiyi mövqeyə gəldikdə, hesab edirəm ki,bu ən yaxşı tonda desək diplomata yaraşmayan hərəkətdir. Diplomat heç bir halda siyasi mövqe bildirməməlidir. O Azərbaycanın vəkilliyini edən şəxsdir. Hətta Azərbaycanın səhvi belə olsa, onu düzəltmək personasında olan şəxsdir. Onun vəzifə və öhdəliyi Azərbaycan dövlətinin maraqlarını qorumaqdır. Amma gördüyümüz kimi Qross, Şults kimi insanların qabağında Azərbaycana bəraət almaq istəyir, hətta onlara “ötürmə” də verir, özünü qabardaraq qəhrəman etmək istəyir. Arif Məmmədovun bu hərəkətləri heç də özfəaliyyətin nəticəsi deyil, o bəlli tapşırığı icra edir. Bu da diplomata yaraşan hərəkət deyil”.

Qeyd edək ki, Arif Məmmədov mayın 19-da Binəqədidə yanan bina ilə bağlı məmurlar haqda yazdığı sərt statusla gündəmə gəlmişdi.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600