!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vahid Azərbaycan mesajı: "40 milyondan çox insanımızın taleyinə biganə qalan deyilik..." - ŞƏRH

!Reklam – Yazi

“Cənubi azərbaycanlıların taleyini qorumaq üçün beynəlxalq hüquq normaları çərçivəsində hər cür addımlar atılacaq”.

Bu sözləri İran-Azərbaycan münasibətləri, Azərbaycan Prezidenti İlham Əliyevin cənubi azərbaycanlıların hüquqları ilə bağlı səsləndirdiyi fikirləri şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Azərbaycan soydaşlarımızın hüquqları ilə bağlı mövqeyini ortaya qoydu və bundan sonrakı siyasət də bu yöndə davam edəcək:

“Bundan əvvəl Azərbaycan Prezidenti xaricdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının qorunmasının zəruriliyini ön plana çıxarmışdı. Daha sona isə Səmərqənddə Türk Dövlətləri Birliyinin başçılarının zirvə toplantısında bu məsələni daha ciddi şərh etmiş və bildirmişdi ki, xaricdə yaşayan türklərin himayə edilməsi, onların hüquqlarının qorunması həm də Türk Dövlətləri Birliyinin məqsəd və vəzifələrindən biri olmalıdır. Əvvələr deyirdilər ki, Prezident ümumi şəkildə danışır, ad çəkmir, ünvan göstərmir. Prezident son çıxışı zamanı isə öz fikirlərini daha da konkretləşdirdi. Sözün həqiqi mənasında konseptual formada İranı misal göstərməklə orada yaşayan çoxmilyonlu azərbaycanlıların hüquq və azadlıqlarının pozulmasını gündəmə gətirməklə bundan sonra onların hüquqlarının qorunmasında Azərbaycanın daha fəal çalışacağını ön plana çəkdi. Bu çox ciddi irəliləyişdir. Artıq hədəflər göstərilir. Bu hədəfləri icra etməyin konsepsiyası yığcam formada təsbit edilirdi. Həm də İrana belə bir mesaj verildi ki, 40 milyondan çox insanımızın taleyinə biganə qalan deyilik. Onların taleyini qorumaq üçün beynəlxalq hüquq normaları çərçivəsində hər cür addımlar atılacaq.

Prezidentin bu çıxışından sonra danışılmasına qadağa qoyulmuş sahələr də fəal sürətdə müzakirə edilməyə başlayıb. Gündəmdə orada yaşayan azərbaycanlıların insan haqları müzakirə olunur. Cənubi azərbaycanlıların milli kimliyi və dilinin qorunması sahəsində çox ciddi iradə ortaya qoyuldu. Prezident qeyd etdi ki, İran soydaşlarımızı assimilyasiyaya məruz qoyur. Onlara milli dilini inkişaf etdirməyə imkan vermir. İranda Azərbaycan dilində təhsil ocaqları, telekanallar yoxdur. İranda Azərbaycan dili məişət dili səviyyəsinə endirilib. Onun dialektik və ədəbi potensialı heçə endirilir.

Zənnimcə, dövlət xadimlərinin bəzi məsələləri tam şəkildə deməsi imkanı yoxdur, misal üçün, Prezident vahid Azərbaycan mesajı verə bilməz. Çünki bu dövlətlərarası problemə gətirib çıxarar. Bu işlərin görülməsi üçün Qeyri Hökumət Təşkilatları, vətəndaş cəmiyyətləri, mətbuat və alimlərə hədəflər məlumdur. Bunlar hədəflərdir. Bu hədəfləri həyata keçirmək üçün çalışmaq lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

399
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv