Valideynlərin nəzərinə!

media-hightechnic-468x90

da5Yeni tədris ilinin başlamasına artıq sayılı günlər qalıb. Şagirdlər bu günü səbirsizliklə gözləsələr də , onların valideynlərini ən çox düşündürən məsələ övladlarını məktəbə tam hazır şəkildə göndərməklə bağlıdır. Bu il bir şagirdin məktəbə yola salınması üçün əvvəlki illərlə müqayisədə daha çox vəsait tələb olunur.

Şagirdlər üçün ən vacib amil onların məktəbli formasının olmasıdır. Çünki ali təhsil müəssisələrində şagirdlərdən məktəbli forması geyinmək tələb olunur. Bu geyimləri isə Bakı Tikiş Evi tərəfindən hazırlanır. Məktəbli formasına köynək, jilet, pencək, ətək və yaxud şalvar daxildir.

Bakı Tikiş Evindən ans press-ə verilən məlumata görə bu ildən etibarən isə formaların materiallarının tərkibinə yun da əlavə olunub. Ümumilikdə materialın 25%-i yundan ibarətdir.Buna səbəb isə formaların ən çox qış aylarında istifadə olunmasıdır. Formaların qiymətləri isə ölçülərindən asılı olaraq dəyişir.Məktəbli formalarının satışına paytaxtın ayri-ayri satış məntəqələrində rast gəlinsə də onların heç də hamısı keyfiyyətli məhsul sayılmır.

Eyni zamanda bu geyimlər nisbətən baha qiymətə satılır. Ona görə də saxta forma almamaq üçün bir sıra amillərə diqqət yetirmək lazımdır. İlk növbədə tikişlərə fikir vermək lazımdır. Saxta formaların tikişlərində gözlə görünən qüsurlar olur. Bundan əlavə parçanın keyfiyyətinə də baxmaq lazımdır.

BTE-in satış şöbəsinin müdiri Etibar Əzimov valideynləri geyimləri yalnız fabrikin mağazalarından əldə etməyə çağırır. Onun sözlərinə görə fabrikə məxsus mağazalarda qiymət artımına yol verilə bilməz. Geyim almaq istəyənlər tikiş evinin paytaxtın müxtəlif rayonlarında yerləşən filiallarına müraciət edə bilərlər.

Dərsliklərə gəlincə onlar şagirdlərə Təhsil Nazirliyi tərəfindən pulsuz paylanılır. Amma digər ləvazimatları valideyn özü almalıdır. Dərs ləvazimatlarına gəldikdə isə hazırda paytaxt mağazalarında müşahidə olunan qiymətlər belədir:

Qələm 0.10 AZN -1 AZN
Sadə karandaş 0.20 AZN -0.50 AZN
Dəftər 0.10 AZN- 1 AZN
Rəngli karandaşlar- 1AZN -6 AZN
Xətkeş- 0.20 AZN -1 AZN
Çanta 15-40 AZN
Su qabı 5- 12 AZN

Sonda belə bir nəticəyə gəlmək olar ki, bir şagirdin məktəbə tam hazır vəziyyətdə yola salınması üçün valideyinlərə ən azı 80-100 manat arası pul lazımdır(aznews).

media-ziraat-728x90

Valideynlərin nəzərinə

media-hightechnic-468x90

55625Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının sayı artırılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  verilən məlumata görə, yanvarın sonunadək yeni qruplara uşaqların qeydiyyatı aparılacaq və məşğələlərə start veriləcək. Bu qruplarda məşğələlər iyunun sonunadək davam edəcək.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 89 məktəbdə fəaliyyət göstərən hazırlıq qruplarına 1907 uşaq cəlb olunub. Sayı 145-ə çatan qruplarda 142 müəllim çalışır. Azərbaycan bölməsi üzrə 118, rus bölməsi üzrə 27 qrup yaradılıb. Azərbaycan bölməsi üzrə qruplarda uşaqların sayı 1579, rus bölməsi üzrə qruplarda isə 328 nəfərdir.

Həftədə 4 gün fəaliyyət göstərən hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında məşğələlər təcrübəli, bacarıqlı, eyni zamanda Müəllimlərin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimlərinə həvalə olunub.

Qeyd olunan qruplar Təhsil Nazirliyinin “Ümumtəhsil məktəblərində pilot məktəbəhazırlıq qruplarının təşkili barədə” və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Məktəbəhazırlıq qruplarının təşkili və fəaliyyəti barədə” əmrlərinə əsasən yaradılıb(trend).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600