Bu gün Valyuta.az xəbər portalının fəaliyyətə başlamasından 3 il ötür.
İqtisadiyyat və maliyyə sahəsində müstəqil biznes portalı olan Valyuta.Az 2021-ci ilin 17 fevral tarixində fəaliyyətə başlayıb.
Saytda gün ərzində maliyyə, iqtisadiyyat və biznes sahəsində olan gündəm xəbərləri, statistik məlumatlar, ekspert şərhləri, araşdırma yazıları, müsahibələr və s. dərc edilir.
Vayuta.az ötən müddət ərzində ölkədə etimad və istinad edilən, seçilən iqtisadiyyat portallarından biri olmağı bacarıb. Hər gün minlərlə oxucu Azərbaycan və dünya ilə bağlı iqtisadi, maliyyə və biznes xəbərlərini, habelə müsahibə, araşdırma və şərhləri oxumaq üçün Valyuta.az-ı ziyarət edir.
www.yenicag.az