!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valyutadəyişmə məntəqələri bərpa olunacaq? - Ekspert fikri

!Reklam – Yazi

“Banklarda valyuta varsa heç bir problem ola bilməz. Onların kifayət qədər inteqralları var ki, manatın dollara dəyişdirilməsində problem yaranmasın”.

Bu sözləri Yeniçağ.az-a valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyətə başlama ehtimalından danışarkən millət vəkili Vahid Əhmədov deyib.

Vahid Əhmədov ile ilgili görsel sonucuMillət vəkilinin sözlərinə görə, valyutadəyişmə məntəqələrinə hələlik ehtiyac yoxdur:

“Ümumiyyətlə, bütün dünyada banklarda və onların filiallarında valyutadəyişmə mübadiləsi aparılır. Heç bir xarici ölkədə valyutadəyişmə məntəqəsi yoxdur. Problemin yaranmaması üçün banklarda bunu elə təşkil etmək lazımdır ki, əsas valyuta olsun. Azərbaycanda da bank və filialları çoxdur. Heç bir problem də yaranmamalıdır. Keçən ilə kimi valyutadəyişmə məntəqələri vardı, ancaq ləğv edildi. Buna da təkan verən səbəb “qara bazar”da çox ciddi problemlərin yaranması idi. İndi həmin məntəqələrin yenidən bərpası elə də asan məsələ deyil. Çünki müəyyən problemlər yarada bilər. Hesab edirəm ki, əsasən bank sistemi daha çevik işləməlidir”.

İqtisadçı-ekspert Qalib Toğrul bildirir ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası yaxşı olardı:

Qalib Toğrul ile ilgili görsel sonucu“Ancaq indiki dövrdə buna iqtisadi zəmin yoxdur. Hazırda banklar xarici valyutaları limitlə satırlar, bank-maliyyə sistemi iflic vəziyyətindədir. Əvvəlcə bu sistem sağlamlaşdırılmalı, normal fəaliyyəti bərpa olunmalıdır. Hazırda bank sektoruna nəzarəti həyata keçirən qurumlar tərəfindən atılan addımlar lazımi effekti vermir, çünki bank sektorunun problemi əlahiddə bir problemi deyil, Azərbaycan iqtisadiyyatının zəifləməsindən qaynaqlanır. Bank sektorunun sağlamlaşdırılması üçün birinci növbədə real sektor dirçəldilməli, sahibkarlıq üçün münbit mühit yaradılmalı, ixrac qabiliyyətli sahibkarlıq subyektlərinin fəaliyyəti təşviq olunmalıdır. Sonra valyutadəyişmə məntəqələrinin bərpası və digər bu kimi texniki və inzibati məsələlər həll olunmalıdır”.

İqtisadçı-ekspert Akif Nəsirlinin fikrincə, bu gün valyutadəyişmə ilə bağlı problem texniki problemlər sırasına aid edilə bilməz:Akif Nəsirli ile ilgili görsel sonucu

“Həmin problemin kökündə hökumətin valyuta ehtiyatlarının tükənməsi dayanır. Banklar ona görə dollar satmır ki, dollar ehtiyatı yoxdur. Bazarın dollar mənbəyi yalnız Neft Fondunun keçirdiyi hərraclardır. Bu fondun isə ehtiyatları neft satışından formalaşır. Neftin isə qiyməti və hasilatı aşağı düşüb, gələn valyuna təklifi bazarın tələblərindən azdır. Ona görə də problem yaranır”.

Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifə ölkəyə alternativ dollar axınını təmin etməkdir:

“Bu isə yalnız daxili istehsalı canlandırmaq, inkişaf etdirmək, həm daxili bazarın tələblərini ödəmək və rəqabətə davamlı ixracat məhsullarının istehsalına nail olmaqdan keçir. Yəni bu gün valyutadəyişmə məntəqələrinin fəaliyyətini bərpa etsək və ya onların sayını artırsaq belə, problemi həll edə bilməyəcəyik. Çünki dolları necə satmaq texniki problemdi. Bizdə isə bu əlamət köklü iqtisadi problemin təzahürlərindən biridir”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

720
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv