!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaqif Əsədov: "Küləklə əlaqədar yol-nəqliyyat hadisəsi olmayıb"

!Reklam – Yazi

“Bizdə dünənki küləklə əlaqədar yol-nəqliyyat hadisəsi qeydə alınmayıb”.

Bunu Yenicag.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

“Dünən Bakı şəhər üzrə yüngül bədən xəsarətilə nəticələnən 1 yol qəzası, rayonları da nəzərə alsaq, ümumilikdə 2 yol qəzası qeydə alınıb. Qeydiyyata alınan maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı isə 6-dır. Bu hadisələrin baş verməsinə səbəb avtomobillərin toqquşması olub” – deyə, şöbə rəisi bildirib.

Bəs görəsən dünənki güclü küləklə əlaqədar olaraq, neçə yol qəzası baş verib? Vaqif Əsədov bundan xəbərsiz olduğunu dedi:

“Bu barədə məlumatım yoxdur. Olubsa da, yəqin bizdə qeydiyyata alınmayıb. Mən yol-nəqliyyat hadisələri barədə informasiya verdim. Əgər söylədiyiniz qəzalar hardasa qeydiyyatdan keçibsə, deyin, mən də bilim. Hər halda maraqlanaram”.

www.yenicag.az

2057
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv