“Vaqner”in düşürülən seçim “STANDARTI”: Kremlin “başkəsənlər dəstəsi” öz gücünü və rolunu itirir

media-hightechnic-468x90

Rusiyanın müxtəlif münaqişə zonalarında aktiv istifadə etdiyi “Vaqner” Özəl Hərbi Şirkətinin (ÖHŞ) əvvəlki qüdrətini itirdiyi bildirilir.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, “Vaqner” barəsində bu kimi bədbin qiymətləndirmələr Böyük Britaniya hərbi kəşfiyyatının açıqladığı hesabatda yer alıb.

Hesabatda Rusiya hakimiyyətinin Ukraynaya hərbi təcavüz çərçivəsində “Vaqner”dən ön xəttin gücləndirilməsi və canlı qüvvə çatışmazlığını aradan qaldırmaq məqsədilə yararlandığı bildirilib.

Qeyd olunur ki, ilk vaxtlarda özünü effektli göstərən “Vaqner”çilər son döyüşlərdə Popasnaya və Lisiçanskın ələ keçirilməsində mühüm rol oynayıblar.

Bununla belə, hesabata əsasən, “Vaqner”in ötən dövrlərdən fərqli olaraq, öz gücünü və rolunu itirdiyi vurğulanır.

Məlumata əsasən, “Vaqner” artıq öz sıralarını genişləndirmək üçün tətbiq etdiyi sərt standartları aşağı salmağa məcbur olub.

Bundan başqa, şirkətə yeni götürülənlər üçün keçirilən təlimlərin ağırlığı da yüngülləşdirilib. Bu isə perspektivdə “Vaqner”in operativ effektivliyinə son dərəcə mənfi təsir göstərəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600