Vardanyanın çirkli OYUNLARI: Terror, separatizm və maliyyə cinayətlərinin arxasındakı SƏBƏBLƏR

media-hightechnic-468x90

“Ədalətin özünü büruzə verməsinin özü elə Vardanyanın həm maliyyə cinayətləri, həm separatizmə və terrorizmə dəstək, həm də çirkli pulların yuyulması ilə bağlı Azərbaycan məhkəməsinin qarşısına çıxarılmasıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Ədalət, Hüquq və Demokraiya Partiyasının (ƏHDP) sədr müavini Elçin Mirzəbəyli deyib.

media-elcin

O, törətdiyi separatçı və cinayət əməllərinə görə məhkəmə qarşısına çıxarılan Ruben Vardanyanın ədalət axtarmasına münasibət bildirib.

Deputat qeyd edib ki, Vardanyanın cinayətləri təkcə Azərbaycan ərazisində qanunsuz rejimə, işğala dəstək verməklə və separatçı fəaliyyətlərlə məhdudlaşmır:

“Xüsusilə diqqətçəkən məqamlardan biri Vardanyanın çoxsaylı maliyyə cinayətlərində ittiham edilməsinə baxmayaraq bəzi Qərb dairələri tərəfindən müdafiə olunmasıdır. Həmçinin onun adı Azərbaycanda məskunlaşana qədər də bir sıra cinayətlərdə hallanıb. “Magnitski işi” kimi tanınan və çoxsaylı korrupsiya cinayətlərinin, çirkli pulların yuyulması fəaliyyətlərinin yer aldığı proseslərdə də məhz onun adı var. Eyni zamanda, Vardanyan uzun illər boyu müxtəlif ölkələrdə qeyri-qanuni maliyyə şəbəkələri qurmaqla məşğul olub. Əlavə olaraq qondarma “erməni soyqırımı”, xüsusilə Amerikadakı erməni diasporu, USAID ilə sıx əməkdaşlıq edərək istər post-sovet, istərsə də digər ölkələrdə “rəngli inqilabların” hazırlanması və maliyyələşdirilməsi mexanizmlərinin qurulmasında iştirak edib. Maraqlısı isə odur ki, Vardanyan bu fəaliyyətləri zamanda Rusiya vətəndaşı olub”.

Onun sözlərinə görə, işğala daim ciddi maliyyə dəstək verərək onun legitimləşdirilməsi istiqamətdə qeyri-qanuni fəaliyyət göstərən bəzi lobbi təşkilatları ilə əməkdaşlıq çərçivəsində Azərbaycan əleyhinə informasiya və digər sahələrdə cinayətlər törədib:

“Həm müharibədən əvvəl, həm də sonra erməni lobbisinin işbirliyi ilə sülhə maneə yaradılması istiqamətdə müxtəlif qlobal media resurslarından istifadə edərək Azərbaycan əleyhinə qarayaxma kampaniyalar apardığını, ittihamlar və böhtanlar səsləndirdiyini yaxşı xatırlayırıq. Əlavə olaraq, terrorçu qruplarını maliyyələşdirib və terrorçuluğa açıq dəstək verib. Azərbaycanın təbii resurslarını qeyri-qanuni istismarı da diqqət mərkəzində saxlanılmalıdır. Bir sözlə, ədalətin özünü büruzə verməsinin özü elə Vardanyanın həm maliyyə cinayətləri, həm separatizmə və terrorizmə dəstək, həm də çirkli pulların yuyulması ilə bağlı Azərbaycan məhkəməsinin qarşısına çıxarılmasıdır”.

Nəsimi Ələsgərli

 

 

 

 

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600