!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vardanyanın planlarından Azərbaycanın xəbəri var” - Qarabağda dincliyi pozan kimlərdir?

!Reklam – Yazi

“Vardanyanın planlarından Azərbaycanın xəbəri var”.

Bunu Vardanyanın Azərbaycana tabe olmayacağı və onları qarşıda çətin yol gözlədiyi ilə bağlı erməni mediasına verdiyi açıqlamaya münasibət bildirən politoloq Aydın Quliyev fikirlərini Yenicag.az-la bölüşüb.

O, bildirib ki, Vardanyanın Xankəndiyə xüsusi missiya üçün gəldiyi ilk gündən bəlli idi:

“Qarabağda Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı azərbaycanlı ekofəallar aksiya keçirir. Aksiya Vardanyanın qıcıqlanmasına səbəb olur. 30 ildir Qarabağda sərvətlərimizin talan edilməsi prosesinin arxasında dayananlardan biri cinayətkar oliqarx Vardanyandır. O, Qarabağdakı təbii sərvətlərin talanma prosesinə nəzarəti itirməkdən qorxur.

Vardanyanın Xankəndidəki missiyası sülhü təmin etmək deyil. Tam əksi, separatçılığın yeni mərhələsinə qədəm qoymaqdır. Onun Xankəndinə gəlmək qərarı, Rusiya vətəndaşlığından imtinası Vardanyanın tək hərəkət etmədiyini sübut edir.

Xankəndidə mitinq təşkil etməyə çalışması Vardanyanın Qarabağda təhlükəli ocaq yaratmaq niyyətində olduğunun göstəricisidir. Özündən əvvəlkilər kimi sadə erməni xalqını separatçıların qurbanına çevirməyi planlayır.

Vardanyanın planlarından Azərbaycanın xəbəri var. Prezident İlham Əliyevin Vardanyanın Moskvadan xüsusi bir missiya ilə gəldiyi barədə bəyanatı onun həm bugünkü, həm də gələcək planlarına gün işığı salmaq üçün olduqca gözəl pəncərədir. Hər şey göz önündədir, qaranlıq məsələ qalmayıb. Vardanyan Qarabağda separatizm hərəkatının və Azərbaycana qarşı qisasçılığın yeni formasını hazırlamaqdadır. Azərbaycanın Vardanyana və havadarlarına layiqli cavabı olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv