Bilindiyi kimi, son həftələrdə Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovla bağlı müxtəlif informasiyalar dolaşır, onun vəzifəsindən azad ediləcəyi ilə bağlı söhbət gəzir. Dövlət Təhlükəsizliyi Xidmətinin də (DTX) MR-də keçirdiyi əməliyyatlar Naxçıvanda "Talıbov erası"nın başa çatacağına dəlalət edir.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə müdiri Zakir İsmayılov və həyat yoldaşı Nəzakət İsmayılovanın barəsindəki hökmdən apellyasiya şikayəti və apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Bakı Apellyasiya Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
"MTN işi"ndə zərərçəkmiş kimi tanınan iş adamı Əzizov Vidadi Əsgər oğlunun MTN-nin əməkdaşları tərəfindən 700 min dollarının əlindən alınması barədə ifadəsinin yalan məlumat olduğu iddia edilib.