!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vasif Talıbovun İSTEFASI: "Hakimiyyətin daxilində olan korrupsionerlər..."  

!Reklam – Yazi

“Təkcə Vasif Talıbov yox, çoxları getməlidir”.

Bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefasının qəbul olunduğu iddiasına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Hafiz Hacıyevin sözlərinə görə, təkcə Vasif Talıbov yox, bütün korrupsioner məmurlar vəzifəsindən çıxarılacaq:

“Hər halda belə bir iddia yayılıb. Rəsmi məlumat yoxdur. Onun orada işləməsi mümkün deyildi. Onsuzda orada qala bilməzdi, gedəcəkdi. Prezidentin iradəsi ortadadır və onun iradəsinin əksinə heç kim gedə bilməz. Rüşvətxorlar, talançılar, xalqla bir yerdə olmayanlar, xalqın, dövlətin əleyhinə işləyənlərin aqibəti belə olmalıdır. Bir çoxu xəyanət edir. Ona görə də bir o deyil, çoxları getməlidir. Hakimiyyətin bir qolu bəzi adamları maliyyələşdirir.

İstər siyasilər, istərsə də hakimiyyətin daxilində olan korrupsionerlərdən ölkə tam təmizlənməlidir. Qısa müddətdə bunlar hamısı yekunlaşmalıdır. Kimliyindən aslı olmayaraq, dövlətin əleyhinə olanların hamısının axırına çıxmalıyıq”.

Səxavət Məmməd

www.yenicag.az

2005
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv