Vaşinqtonda azərbaycanlılar və türklər Baydenə etiraz aksiyası keçirdi
Aprelin 24-də Vaşinqtonda ermənilərin qondarma “erməni soyqırımı”nın 106-cı ildönümü ilə bağlı nümayişi olub.
Yenicag.az AzərTAc-a istinadən xəbər verir ki, nümayişdən bir neçə saat öncə ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrinə həsr olunmuş nitqində “soyqırımı” sözünü işlədib.
Vaşinqtonun erməni icması üzvlərinin və erməni lobbiçilərinin təqribən 50 təmsilçisi Türkiyənin diplomatik nümayəndəliyi qarşısında toplanıb.
Etiraz nümayişi zamanı vətənpərvərlik mövzusunda türk və Azərbaycan mahnıları, aksiyanın sonunda Türkiyə və Azərbaycanın himnləri səslənib.