Ankara sammiti öncəsi Tramp Putin və Zelenski ilə telefon danışığı aparıb

media-hightechnic-468x90

Ankarada keçiriləcək 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammiti ərəfəsində ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışıqları aparıb. Müzakirələrin əsas mövzusunu Ukrayna münaqişəsi və regional təhlükəsizlik məsələləri təşkil edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Kremlin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov liderlər arasında baş tutan diplomatik təmasların təfərrüatlarını ictimaiyyətə açıqlayıb.

Uşakovun qeyd etdiyinə görə, Rusiya tərəfi böhranın sülh yolu ilə nizamlanması prosesinə və qarşılıqlı həll variantlarının tapılmasına dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb. Həmçinin, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın baş müşaviri Cared Kuşnerin vasitəçilik missiyasını davam etdirəcəyi, tərəflərin müvafiq şərait yarandıqda Moskvaya rəsmi səfər etməyə hazır olduqları qeyd olunub.

Telefon danışığı zamanı Donald Tramp Ukraynadakı hərbi əməliyyatların “mümkün olan ən qısa müddətdə” dayandırılmasının ikitərəfli iqtisadi əməkdaşlığın bərpası baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Buna cavab olaraq Vladimir Putin Ukrayna rəhbərliyini və Avropa ölkələrini “münaqişəni uzatmaq və eskalasiyanı artırmaq cəhdlərində” ittiham edib. Rusiya lideri amerikalı həmkarına cəbhə xəttindəki faktiki vəziyyətlə bağlı Mosvkanın rəsmi mövqeyini və qiymətləndirmələrini təqdim edib.

Danışıqlar zamanı Yaxın Şərqdəki vəziyyət və İranla bağlı geosiyasi proseslər də nəzərdən keçirilib. Rusiya tərəfi ABŞ və İran arasında əvvəlki mutabakatlar çərçivəsində aparılacaq danışıqlar prosesinin qarşılıqlı qəbul edilən uzunmüddətli nizamlanmaya gətirib çıxaracağına ümidvar olduğunu bildirib.

Rusiya Federasiyasının regionda gərginliyin azaldılması üçün praktiki dəstək verməyə hazır olduğunu bildirən Putinə, D. Trampın konstruktiv təkliflərə görə təşəkkür etdiyi vurğulanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski də Donald Tramp ilə keçirdiyi telefon danışığı barədə rəsmi bəyanat yayıb. Cəbhədəki cari əməliyyat şəraitini və Kiyevin diplomatik təşəbbüslərini müzakirə etdiklərini bildirən Zelenski qeyd edib:

“Münaqişənin sonlandırılması üçün real diplomatik imkanlar mövcuddur və Vaşinqtonun bu istiqamətdəki qətiyyəti mühüm amildir. Ankarada təşkil olunacaq NATO Sammiti çərçivəsində bu mövzuda məsləhətləşmələri davam etdirmək barədə razılığa gəldik”.

ABŞ tərəfi sözügedən telefon danışıqları barədə hələlik rəsmi şərh verməyib. Bununla belə, Kremlin rəsmisi Yuri Uşakov liderlərin qeyri-rəsmi mövzulara, o cümlədən ABŞ-də keçiriləcək 2026-cı il FİFA Dünya Çempionatına və ABŞ-nin Müstəqillik Günü təbriklərinə də toxunduğunu qeyd edib.

Tərəflər işçi təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Eyni zamanda, Rusiya tərəfi Donald Trampın Moskvaya rəsmi səfərinə dair dəvətin qüvvədə qaldığını bir daha xatırladıb.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05