Firəngizin paylaşımına REAKSİYA: “Gözəllik ikonamız”
“Yazıb, yazıb, yorulacaqlar”.
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti, aktrisa Firəngiz Mütəllimova sosial şəbəkə hesabında yazıb.
Aktrisa paylaşımında ona müsbət rəylər yazan izləyicilərinə minnətdarlığını ifadə edib. Heç də xoş olmayan rəylərin də olduğunu vurğulayan Xalq artistinin onlara reaksiyası belə olub:
“Əziz izləyicilərim, hər birinizə dərin təşəkkürümü bildirirəm. Mənə və əzizlərimə necə gözəl dualar edirsiniz. Saf niyyətlə səhifəmi izləyənlərə möhkəm cansağlığı arzu edirəm. Əlbəttə, şəkilsiz, sıfır izləyicisi olan profillərdən bəzən xoş olmayan sözlər yazanlar da olur. Yazıb, yazıb, yorulacaqlar”.
Aktrisanın paylaşımı izləyicilər tərəfindən müzakirələrə səbəb olub. Hər kəs ona sevgisini ifadə edərək, paxıl insanlara fikir verməməyə çağırıb:
“Siz həmişə bir çiçəksiniz. Yaxşı gözlər gözəl görər, paxıllar pis görər… Hər zaman gözəllik ikonası olan sənətkarımız… Kimin əli gələr sizə pis söz yazmağa… Həmişə pozitiv, təravətli və gözəl olan Gülnarımız…”
Nehru













