Lunadan SƏRT İRAD: “Səsi olmayanı yalandan niyə tərifləyirsən?”

media-hightechnic-468x90

“Axı sən sənətkarsan, niyə layiq olmayan birini yalandan tərifləyirsən?”

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında müğənni Luna deyib.

O, səs-küylü açıqlaması ilə yenə şou gündəmindəki sükutu pozub:

“Baxırsan ki, tanınmış sənətkarlar səsi olmayan müğənniləri müdafiə edir, onlarla duetlər oxuyurlar. Axı sən sənətkarsan, niyə layiq olmayan birini yalandan tərifləyirsən? Bu gün 99 faiz müğənninin səsi yoxdur. Toylarımızı da bərbad vəziyyətə salıblar. Getdikcə toylarımızı əcnəbiləşdiriblər, amerikansayağı toylar edirlər. Əvvəlki toylardan əsər-əlamət qalmayıb. Axı toy bizim milli adət-ənənəmizi, dəyərlərimizi yaşadır. Dədə-babalarımızdan bizə gözəl ənənə kimi qalan toy adət-ənənəmizin milliliyini qorumalıyıq.

Digər bir problem müğənnilərin səslərini süniləşdirməsidir. Sənətçinin səsi süniləşdiyi kimi insanların zövqləri, yaşam tərzi, sevgisi, həyata baxışı da süniləşib. Digər tərəfdən, sənət aləmində çoxları paxıllıq, quyu qazmaqla məşğuldur. Mən bir mahnı çıxarıram, heç kim paxıllıqdan xoş söz yazmır. Çünki Azərbaycanda ən gözəl “Ləzginka”ları mən oxuyuram”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05