Vaşinqtonun "hansı yolla olursa-olsun" DOKTRİNASI: Danimarkaya qarşı müharibə ANONSU
“‘Hansı yolla olursa-olsun” ifadəsi hərbi güc tətbiqinin istisna edilmədiyini göstərir. Bu halda isə NATO-nun bir üzvü digər üzvünə qarşı hərbi güc tətbiq etmiş olur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, siyasi şərhçi Elşad Mirbəşiroğlu deyib.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-nin alyans üzvü olan Danimarkaya (Qrenlandiya məsələsi üzərindən) qarşı ərazi iddiaları ilə çıxış etməsi bütövlükdə NATO-nun mövcudluğunu sual altına qoyur:
“NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, alyansa üzv olan hər hansı bir ölkəyə hücum bütövlükdə ittifaqa hücum hesab olunur. Belə olan halda digər üzvlər hücuma məruz qalan ölkəyə dəstək verməli dirlər. Lakin burada paradoksal bir vəziyyət yaranır”.
Elşad Mirbəşiroğlu ABŞ rəsmilərinin Qrenlandiya ilə bağlı ritorikasındakı təhlükəli məqama diqqət çəkib:
“ABŞ prezidenti və digər rəsmi şəxslər Qrenlandiyanın ‘hansı yolla olursa-olsun’ ABŞ-nin nəzarətinə keçəcəyini bildiriblər. Bu ifadə hərbi güc tətbiqinin istisna edilmədiyini göstərir. Əgər bir NATO üzvü digər üzvə qarşı güc tətbiq edərsə, alyansın mahiyyəti faktiki olaraq aradan qalxır və təşkilat dağılma təhlükəsi ilə üzləşir”.
Nəsimi Ələsgərli












