Vaşinqtonun tələbində boğulan KİYEV: Manevrlər bitdi, itaət BAŞLADI

media-hightechnic-468x90

Ukrayna ABŞ-nin hərbi və kəşfiyyat yardımından asılı olduğu üçün diplomatik manevr imkanları olduqca məhduddur.

Yenicag.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.

Məqalədə bildirilib ki, ABŞ Ukraynanı iyunun 2-də İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyə məcbur etmək üçün ona təzyiq göstərə bilər. Ukrayna ABŞ-nin hərbi və kəşfiyyat yardımından asılı olduğu üçün diplomatik manevr imkanları olduqca məhduddur. Bu asılılıq fonunda Vaşinqtonun, Rusiyanın əvvəlcədən memorandum təqdim etməməsinə baxmayaraq, Kiyevi danışıqlarda iştirak etməyə vadar etmək üçün təzyiq rıçaqları mövcuddur.

Nəşr yazır ki, danışıqlarda Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rüstəm Umerov rəhbərlik edəcək. O, əvvəlki bəyanatlarında Ukraynanın Rusiya ilə görüşlərə qarşı olmadığını, lakin müzakirələrə başlamazdan əvvəl Moskvanın müəyyən şərtləri, xüsusilə memorandum təqdim etməsini gözlədiyini bildirmişdi. Kremlin mətbuat katibi Dmitri Peskov bu tələbə mənfi yanaşaraq onu qeyri-konstruktiv adlandırıb və birbaşa danışıqların davam etdirilməsinin daha önəmli olduğunu qeyd edib.

Qəzetin analitiklərinin deyirlər ki, Rusiya tərəfi isə danışıqlara hazır olduğunu bildirib. Xarici işlər naziri Sergey Lavrov açıqlamasında qeyd edib ki, iyunun 2-də İstanbulda baş tutacaq görüşdə Rusiya nümayəndə heyətinə Vladimir Medinski rəhbərlik edəcək və Ukraynaya münaqişənin əsas səbəblərini aradan qaldırmaq məqsədilə memorandum təqdim olunacaq. Qeyd edək ki, mayın 16-da baş tutan əvvəlki görüşdə əsirlərin “1000-ə 1000” prinsipi ilə mübadiləsi və potensial atəşkəsə dair baxışların mübadiləsi razılaşdırılmış, hər iki tərəf nəticələrdən məmnun qalmışdı.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600