!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vasitəçisiz danışıqlar TƏKLİFİ: “Sülh müqaviləsi Azərbaycanın şərtləri daxilində imzalanmalıdır”

!Reklam – Yazi

“Sevindirici haldır ki, Azərbaycanda keçiriləcək böyük tədbirdə qarşı tərəf də iştirak edəcək”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın Bakıda keçiriləcək beynəlxalq iqlim tədbiri COP29 tədbirində Ermənistanın iştirakı qiymətləndirən politoloq Əlabbas Məhərrəmli deyib.

 

Onun sözlərinə görə, tədbir çərçivəsində Ermənistan rəsmilərinin Azərbaycana gəlişi özlüyündə müsbət haldır.

“Ermənistan XİN rəhbərinin Azərbaycana gəlişi ilə bağlı artıq mətbuatda xəbərlər dərc olunmağa başlayıb. Təbii ki, bu, müsbət hadisə sayılmalıdır. Bəli, bu barədə artıq mətbuatda gələcəyi ilə bağlı məlumatlar var. Təbii ki, bu müsbət qarşılanmalıdır. Çünki iki ölkə arasında hazırda sülh prosesinin imzalanması istiqamətində danışıqlar gedir”, – deyə o bildirib.

Politoloq vurğulayıb ki, bütün hallarda sülh prosesi danışıqlarla öz həllini tapmalıdır.

“Vasitəçisiz olaraq iki tərəf danışıqlar aparmalı, Azərbaycanın şərtləri daxilində sülh müqaviləsi imzalamalıdır.

Bir sözlə sevindirici haldır ki, Azərbaycanda keçiriləcək böyük tədbirdə qarşı tərəf də iştirak edəcək. Eyni zamanda COP29 çərçivəsində ümumiyyətlə sülhün əldə olunmasında maraqlı olan dövlətlərin də iştirakı gözlənilir. Yəni bu tədbiri sülh müqaviləsinin imzalanması istiqamətdə prosesləri sürətləndirəcək amil kimi qiymətləndirmək də mümkündür”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv