Vatikandakı “stul diplomatiyası” – Bitməyən savaşın SONU GƏLİR?

media-hightechnic-468x90

“ABŞ-nin Ukrayna müharibəsi ilə əlaqəli detalları böyük ölçüdə həll olunduğunu hesab etdiyi bir vəziyyətdə Trampın Zelenski ilə Vatikanda keçirdiyi görüş simvolik görüntü yaratdı”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımlı deyib.

Siyasi təhlilçi Roma Papası Fransiskin dəfn mərasimi ərəfəsində ABŞ prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenski arasında baş tutan ikitərəfli görüşü şərh edib.

Analitikin fikrincə, müqəddəs məkanda müqəddəs məsələnin həll olunmasına cəhd edilirdi:

“Müharibədə həlak olan insanların qarşısını almaq təbii ki, müqəddəs işdir. Amma məsələ tək ABŞ-nin, xüsusi ilə də Trampın istəklərinə bağlı olsa idi, Tramp dediyi kimi müharibəni 24 saata bitirmişdi. Görünən də odur ki, bu, belə deyil. Münaqişə tərəflərinin fərdi maraqları, digər beynəlxalq aktorların maraqları da əsas rol oynayır”.

Müsahibimiz əmindir ki, ABŞ-nin bu məsələ ilə əlaqəli maraqları, xüsusən münaqişəyə qeyri-müəyyənlik gətirir:

“Atılan addımlar dünya ictimaiyyətinin sivil kəsimində narazılıqlar doğurur. Amma buna baxmayaraq, müharibənin dayandırılmasına cəhd edilməsi təqdirəlayiq haldır. Sadəcə Rusiyanın bu məsələdə gələcək planlarının təhlükəliliyi münaqişənin dondurmaq yolunun seçilməsini təhlükəli edir. Rusiyanın müvəqqəti sakitlikdən necə istifadə edəcəyi qarşı cəbhədə inamsızlıq yaradır. Rusiyanın bundan istifadə edib silahlanmasını artıraraq yenidən müharibəyə başlayacağına kimsə qarantiya verə bilməz. Ukrayna buna görə də təhlükəsizlik qarantiyası almadan müharibəni dayandırmaq istəmir”.

“Göründüyü kimi. qaranlıq məqamlar çoxdur. Trampın şəxsiyyəti ən qaranlıq konspirativ məqamlar doğurur. Hesab edirəm ki, ABŞ bu məsələdə maksimum dərəcədə nailiyyət əldə etmək üçün cəhd edəcək, amma real şəkildə müharibənin birdəfəlik dayandırmasına qarantiya alınmasa müharibə davam edəcək. Tərəflər çox zərbə alıb, Ukrayna ordusunun professionallığı daha da artır, Rusiya gücdən düşür və zaman Moskvanın əleyhinə işləyir. Ona görə də zaman qazanan uğur əldə edəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600