“VAZ 2107” iki qadının üstündən keçdi

media-hightechnic-468x90

14623Avqustun 31-i axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Gəndob-Yalama yolunun 19-cu km-də, Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində qeydə alınıb.

Xaçmaz rayon sakini 21 yaşlı Hüseynov Mahir Həsənağa oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla yolun kənarında dayanan iki qadını vurub. Qəza nəticəsində Xaçmaz rayonunun Qusarçay kənd sakinləri – 61 yaşlı Piriyeva Güllü Qəzənfər qızı və 58 yaşlı Qədirova Qızbəs Nurbala qızı ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, Qızbəs Qədirova ölüb. Güllü Piriyevanın da vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600