Vəhdət Partiyasının növbədənkənar qurultayı keçirildi
Bu gün Bakının “Badamdar Biznes & Residence Complex”ində Vəhdət Partiyasının növbədənkənar VI Qurultayı keçirilib.
Qurultayda ölkənin bütün rayonlarından seçilmiş 510 nümayəndə və 60-a yaxın ictimai-siyasi qonaq iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qurultayın əsas qərarı ilə Adəm İsmayıl Bakuvi tam səs çoxluğu ilə partiyanın yeni sədri seçilib. Yeni sədr Qurultay qarşısında öz siyasi platformasını və Vəhdət Partiyasının strateji hədəflərini təqdim edib.
Tədbirin sonunda Qurultay nümayəndələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib. Müraciətdə dövlət başçısının apardığı siyasətə dəstək ifadə olunub və milli birliyə çağırış yer alıb.
Qeyd edək ki, Vəhdət Partiyasının yeni sədri Adəm İsmayıl Bakuvi Bakı şəhərində anadan olub. Elmlər doktorudur. Yüzlərlə analitik və publisistik məqalələr, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırma müəllifidir. Onun indiyədək “Məhşər divanı: Yalanın 17 anı” romanı, “Paris üçbucağı”, “Eşq mələyi” adlı romanları işıq üzü görüb.