Vəhdət Partiyasının sədri: “Sülh sazişi olmadan Türkiyə Ermənistanla sərhədləri açmayacaq”

media-hightechnic-468x90

“Türkiyə  Azərbaycanla diaoloq çərçivəsində Ermənistanla münasibətlərin yaxşılaşdırılması üzərində işləyir. Gələn ildən etibarən biz də Ermənistanla normallaşma prosesini davam etdirəcəyik. Gələn il bəzi simvolik addımlar atılacaq. Bugün Cənubi Qafqaz tarixi dönəmdən keçir”. 

Gununsesi.info-nun xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb  Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirləri qarşısında çıxışında deyib.

Türkiyə prezidenti əlavə edib ki, Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa çox yaxındır.

Bəs görəsən, Ərdoğanın gələn il  üçün nəzərdə tutduğu addımlar nədən ibarət ola bilər? Sülh sazişi imzalanmadan Türkiyə Ermənistanla sərhədləri aça bilərmi?

Qeyd edək ki, bu  məsələ ilə bağlı Avropadan Türkiyəyə çağırışlar edilir.

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi Gununsesi.info-ya açıqlamasında buna inanmadığını deyib: “Türkiyə 30 il Azərbaycanın yanında oldu. Beynəlxalaq tribunalarda AZərbaycanın yeganı müttəfiqi kimi çıxış etdi. Bugün də Türkiyə prosesin içərisindədir. Azərbaycanın addımları, qərarları olmadan hansısa başqa siyasət aparmaz. Cənab ərdoğan özü də bu çıxışında bəyan edib ki, Azərbaycanla paralel şəkildə bu prosesi irəli aparırlar. Ona görə də mən düşünmürəm ki, sülh sazişi imzalandan Türkiyə Ermənistanla quru sərhədini açsın”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa