Venesuela prezidenti İrana səfər edib

media-hightechnic-468x90

80966İran və Venesuela neftin qiymətinin düşməsinə qarşı birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Yenicag anspress-ə istinadən bildirir ki, müqavilə Venesuela prezidenti Nikolas Maduronun İrana bir günlük səfəri zamanı imzalanıb.

Görüş zamanı İran prezidenti Həsən Ruhani bildirib ki, neftin qiymətinin düşməsinin əsl səbəbi siyasətdir, iqtisadiyyat deyil. “İran və Venesuelanın ümumi düşmənləri neftdən siyasi silah kimi istifadə edirlər. Neftin qiymətinin düşməsində də onların özünəməxsus rolları var”, – deyə Ruhani əlavə edib.

Nikolas Maduro isə qeyd edib ki, İran və Venesuela OPEK ölkələri, Rusiya da daxil olmaqla bütün neft ixracatçısı olan ölkələr üçün neftin qiymətinə nəzarət edilməsində ümumi razılıq əldə etməlidirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600