Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Vərəm xəstəsi intihara cəhd etdi

Bu gün Salyan rayonunda intihara cəhd hadisəsi baş verib.

Rayonun Təzəkənd kənd sakini, 66 yaşlı Bağırova Səfiyyə Həbulla qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü ilgəklə asaraq intihar etməyə cəhd edib. Ailə üzvləri vaxtında bundan xəbər tutaraq, onu xilas edə biliblər.

Qadın Salyan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər. İlkin məlumatlara görə, Səfiyyə Bağırova ağır vərəm xəstəliyindən əziyyət çəkdiyindən ağrılara dözə bilməyərək bu addımı atıb. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Yeniçağ.az

www.yenicag.az

104