Vətən müharibəsi şəhidinin xanımı vəfat etdi

media-hightechnic-468x90

Vətən müharibəsi şəhidi Elməddin Xasayevin xanımı vəfat edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Şəhid xanımının xəstəlik səbəbi ilə dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, şəhid Elməddin Xasayev 1980-ci il fevralın 12-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. Sentyabrın 27-də müharibənin birinci saatlarında Füzuli döyüşləri zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib.

Elməddin Xasayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. İki övladı vətənə əmanət qalıb./Qafqazinfo/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05