Vətən müharibəsində separatçılar tərəfində çəkilişlər aparan Rusiya müxbiri Ukraynada öldü

media-hightechnic-468x90

Rusiyanın müxtəlif kütləvi informasiya vasitələrinin təmsilçiləri Ukraynanın Zaporojye vilayətində artilleriya atəşi altına düşərək yaralanıblar.

Yenicag.az xəbər verir ki, hərbi jurnalist Rostislav Juravlyov aldığı yaralardan ölüb. Müxbir Roman Polşakov dörd qəlpə yarası alıb, operatov Dmitri Şikovun çanaq sümükləri sınıb, həmçinin, yumşaq toxumalarından yara alıb. Juravlyovla eyni agentliyin işçisi olan hərbi jurnalist Konstantin Mixalçevski müxtəlif dərəcəli xəsarətlər alıb.

Xatırladaq ki, Rostislav Juravlyov Vətən müharibəsi zamanı Qarabağda separatçılar tərəfində çəkilişlər aparıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600