!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaşın işə düzəltmək adı ilə 77 minini aldı, istintaq zamanı ÖLDÜ

!Reklam – Yazi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xəyyam Qalibovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Yenicag.az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmündə qeyd edilib ki, təqsirləndirilən şəxs 23 dekabr 2022-cı il tarixdə qaraciyərin koronarokardioskleroz, ateroskleroz və ürəyin hipertrofiyası xroniki işemiya xəstəliyi nəticəsində inkişaf edən kəskin ürək-damar çatışmazlığı diaqnozu ilə xəstəlikdən ölməsi nəzərə alınıb və Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ona cəza təyin edilməyib. Xəyyam Qalibov barəsində seçilmiş 26 fevral 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.

İttihama görə, Xəyyam Qalibov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə zərərçəkmiş Hafiz Səmədova (şərti) hüquq-mühafizə orqanlarının birində işlə təmin etmək adı ilə yalan vəd verib.
Belə ki, o, 2019-cu ildən 2021-ci ilin sentyabr ayının sonuna qədər ondan ümumilikdə 76 800 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra o, verdiyi vədə əməl etməyib.

Hafiz Səmədovun şikayətindən sonra Xəyyam Qalibov saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Lakin məhkəmə baxışı zamanı müəyyən edilib ki, barəsində cinayət işinə baxılan Xəyyam Qalibov 23 dekabr 2022-cı il tarixdə ölüb./pravda.az

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv